"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələri ismayılıdakı həmkarlarıyla “niyyət” ediblər

--2016-02-02 / 17:32

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayon bələdiyyələri ismayıllı rayonunda olub. Səfər çərçivəsində Binəqədi və ismayıllı rayonlarının bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb.

Bu barədə məlumat Binəqədi qəsəbə bələdiyyəsindən daxil olub.

Niyyət protokoluna əsasən tərəflərin bir çox sahələr üzrə əməkdaşlıq etmələri nəzərdə tutulub. Səfərin əsas məqsədi Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə gələcək fəaliyyət üçün qarşıya qoyulan istiqamətlərin icrasını təmin etməkdir.

Layihənin yaxın gələcəkdə icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda ölkə başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri idxaldan asılılıq qismən azalacaq. Artıq layihənin uğurlu icrası üçün tərəfdaş bələdiyyələr bütün hazırlıqları həyata keçiriblər.

Qeyd edək ki, bu artıq Binəqədi rayon bələdiyyələrinin  imzaladığı üçüncü niyyət protkoludur. Bundan əvvəl isə Binəqədi bələdiyyələri Gədəbəy və şəmkir   bələdiyyələriylə niyyət protokolu imzlanıb.

Belediyye.info

ŞƏRHLƏR